...

Azərbaycan ATƏT Parlament Assambleyasının prezidentliyinə namizəd irəli sürməyəcək

Siyasət Materials 14 İyun 2008 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan ATƏT Parlament Assambleyasının prezidentliyinə namizəd irəli sürməyəcək. "ATƏT bütövlikdə təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə məşğul olur. İndiyə qədər ATƏT PA-nın prezidentliyində münaqişəli ölkələrin nümayəndələri təmsil olunmayıblar. Düşünürəm ki, bu amil nəzərə alınmalıdır", şənbə günü jurnalistlərə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Trend -un arayışı: İyunun 28-dən iyulun 3-dək Astanada ATƏT PA-nın illik yay sessiyası keçiriləcək. ATƏT PA-nın hazırki prezidenti Qoran Len Markerin səlahiyyət müddəti başa çatdığı üçün sessiyada quruma yeni prezident seçiləcək. ATƏT PA-nın prezidenti 2 il müddətinə seçilir.

Muradova bildirib ki, Azərbaycan tərəfi ATƏT PA-nın prezidentliyinə irəli sürülən namizədlər içərisindən seçim edəcək. "ATƏT PA-nın Nizamnaməsində münaqişəli ölkələrin qurumun prezidentliyinə namizəd irəli sürməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Ancaq Azərbaycanın namizəd irəli sürmək fikri yoxdur", - deyən Muradova onu da bildirib ki, Len Marker ATƏT PA prezidentliyindən getsə də, Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi statusunda qalacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti