Azərbaycanda xüsusi evlərdə məskunlaşmış məcburi köçkünlər üçün mənzillər tikiləcək

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir K.Zərbəliyeva/ Xüsusi mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlər dövlət hesabına mənzillə təmin olunacaqlar. Bu haqda Trend -a Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev məlumat verib. Mirzəliyev bildirib ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinin Akimovanın şikayəti ilə bağlı qərarından sonra, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində iş aparılır.

Şikayətçi Valentina Akimova İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda mülkiyyətin müdafiəsi (Maddə 1) hüququnun pozulduğunu iddia edirdi. Akimovaya məxsus mənzildə məcburi köçkün ailəsi məskunlaşdığı üçün o, mülkiyyətindən uzun müddət istifadə edə bilməyib. Apellyasiya Məhkəməsi Akimovanın mülkiyyət hüququnu tanıyıb. Lakin Akimovanın evində məskunlaşmış məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərarın icrası Ağdam rayonu işğaldan azad olunanadək təxirə salınıb.

Hakim bildirib ki, bu qəbildən olan məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər olub. Yaşayış sahəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailəsinin çıxarılmasına məhkəmələr qərar versə də, torpaqlar işğaldan azad olunanədək onların icrası təxirə salınırdı. Avropa Məhkəməsi Akimovanın işi ilə bağlı qəbul etdiyi qərarda qanunun normalarının düzgün tətbiq olunmadığını və vətəndaşın ədalətli məhkəmə və mülkiyyət hüquqlarının pozulduğunu qeyd edib.

Mənzilləri zəbt olunmuş vətəndaşların mülkiyyətlərinin boşaldılacağını deyən hakim bildirib ki, xüsusi mənzillərdə məskunlaşmış ailələrin sayını müəyyənləşdirmək üçün Ali Məhkəməyə daxil olan şikayətlər öyrənilir.

Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi tərəfindən də belə ailələrin sayını müəyyənləşdirmək üçün iş aparıldığını deyən Mirzəliyev bildirib ki, məcburi köçkün və qaçqın ailələri üçün ev tikilməsi məqsədilə xüsusi yer ayrılması nəzərdə tutulub.

Avropa Məhkəməsinin Akimovanın işi ilə bağlı qərarından sonra, Ali Məhkəmənin Plenumunda Akimovanın işinə yenidən baxılıb və icranın təxirə salınması hissəsində qərar ləğv olunub.

Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Trend -a həmin ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq işlərin aparılmasından xəbərsiz olduğunu deyib.

Hüseynov həmin ailələr üçün mənzil tikilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə məlumatı da təsdiq etməyib.

Komitə rəsmisi deyib ki, qaçqın və məcburi köçkünlərin mənzil - məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramına ötən ilin oktyabrında edilmiş əlavələrdən sonra, 220 min məcburi köçkünün yaşayış şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.

Mənzil şəraiti yaxşılaşdırılacaq ailələr sırasına "Fin" evlərində məskunlaşmış 6227, bağça və məktəblərdə məskunlaşmış 11 min, eləcə də hərbi hissələrdə məskunlaşmış məcburi köçkün ailələri daxildir.

Hüseynovun sözlərinə görə, hazırda Goranboyda 500, Beyləqanda 500, Göygöldə 596 məcburi köçkün ailəsi üçün yeni evlər tikilir.

2001-2007-ci illərdə Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 56 yeni qəsəbə salınıb, 16 min ev tikilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirmişdi ki, həmin vətəndaşların problemini həll etmək üçün dövlət yaxın gələcəkdə konkret addımlar atacaq. "Artıq bu problemin həlli yolu tapılıb və problem müsbət həll oluncaq",- deyə Rzayev vurğulayıb. O, görüləcək tədbirlər haqqında mediyaya məlumat verməmişdi.

Sədrin sözlərinə görə, Ali Məhkəmə 2005-ci ilin iyun-iyul aylarından sonra məcburi köçkünlər tərəfindən mənzilləri tutulmuş vətəndaşların şikayətlərinə baxılmasını dayandırıb. Ümumilikdə isə, bu qəbildən olan işlərlə bağlı 366 qərar qəbul edilib.

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" 21 may 1999-cu il Qanununda qeyd olunub ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində qeyd olunur ki, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu qəbildən olan işlərə baxan məhkəmələr vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası barədə qərar qəbul etsə də, bir qayda olaraq, həmin qərarların icrası işgal altında olan rayonların geri qaytarılmasına qədər təxirə salınır.

Hökumət Akimovanın işi ilə bağlı Avropa Məhkəməsi ilə yazışmalarında mülkiyyət hüququna müdaxilə olduğunu etiraf etsə də, qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində, ərazilərdən 700 mindən artıq şəxs məcburi köçkün düşüb. Onların əksəriyyəti inzibati binalarda, dövlət binalarında və qaçqın düşərgələrində yerləşdiriliblər. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması, nəticə etibarı ilə, onları evsiz qoya, sosial gərginlik və partlayışa səbəb ola bilər. Ona görə də, ərizəçinin hüquqlarının müvəqqəti məhdudlaşdırılması ictimai maraqlar baxımından qanuni məqsəd daşıyıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək
Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Loading Bars
Xəbər lenti
Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq
Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb
Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır – Komitə sədri
Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb (VİDEO)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Xırdalanda baş verən partlayışdan sonra 6 nəfər dağıntılar altından xilas edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)
Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Zaman puldur. Karvannews-la iş tapmaq daha asandır!
İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır - İran XİN başçısı
Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır
“AzerGold” QSC-də ötən ilin yekunlarına dair onlayn müşavirə keçirilib (FOTO)
Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub - Məhəmməd Cavad Zərif
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)
Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Masallı Xəstəxanasının direktoru həbs edildi
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb (FOTO/VİDEO)
Şəhid polkovnik-leytenant dəfn olundu (FOTO)
281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanıb
DİN sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara münasibət bildirib
Fermerləri aldadıb pul alan dələduz çobanlar saxlanıldı (FOTO/VİDEO)
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb (FOTO)
Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib
Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
“Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub
Sabahın hava proqnozu açıqlanıb
1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb
Kənd və qəsəbələrdə qeydiyyata alınmayan 1312 uşaq aşkarlanıb
Ötən il boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir (FOTO)
Azərbaycan və İran Xarici işlər nazirləri arasında görüş keçirilir (FOTO/VİDEO)
Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası təsdiqlənib
Bütün xəbərlər