...

Azərbaycan prezidenti"Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 3 iyun tarixli 875 nömrəli Fərmanının 3-cü bəndinə dəyişikliklər və əlavələr edilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 23 İyun 2008 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun/ Trend / Prezident İlham Əliyev bazar ertəsi

"Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 3 iyun tarixli 875 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №6, maddə 281) 3-cü bəndinə dəyişikliklər və əlavələr edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, doqquzuncu abzasdan "46.4-cü," sözləri çıxarılır və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir. Bundan başqa bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə edilir: "həmin Məcəllənin 46.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə həyata keçirirlər.". Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti