...

Avropa Şurası postsovet ölkələrində baş verən proseslərə ikili standartlarla yanaşır-Azərbaycanlı deputat

Siyasət Materials 24 İyun 2008 15:41 (UTC +04:00)
Avropa Şurası postsovet ölkələrində baş verən proseslərə ikili standartlarla yanaşır-Azərbaycanlı deputat

Fransa, Strasburq, 24 iyun/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyəti sədrinin müavini Gültəkin Hacıyeva hesab edir ki, Avropa Şurası postsovet ölkələrində baş verən proseslərə ikili standartlarla yanaşır. "Postsovet ölkələrinin əksəriyyətində demokratiya, korrupsiya və digər sahələrdə ciddi problemler var. Lakin biz bu məsələlərə ikili standartların, ikili yanaşmanın şahidi oluruq", - deyə çərşənbə axşamı AŞPA-nın iclasında Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələ müzakirə olunarkən Hacıyeva bildirib.

Trend -un arayışı: 2001- ci il yanvarın yeddisində Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv olarkən öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün AŞPA tərəfindən Azərbaycan üzrə həmməruzəçilər təyin olunub.

İyunun 23 - də Strasburqda AŞPA-nın yay sessiyası başlayıb. Bu gün sessiyada Azərbaycandakı vəziyyətlə bağlı həmməruzəçilərin hazırladıqları məruzə müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyətinin sədr müavini qeyd edib ki, postsovet ölkələrinin əksəriyyəti Avropa Şurasına üzv olduqdan sonra da azad və demokratik seçkilərin keçirilməsində çətinliklər var: "Post- sovet ölkələrində etimad mühiti yaratmaq və bu dövlətlər haqqında danışarkən obyektiv olmaq lazımdır".

Hacıyeva vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması Avropa Şurasının prinsiplərinə ziddir.

"Ümid edirəm ki, Ermənistan parlament nümayəndə heyəti və müxalifətinin nümayəndələri, ölkələrinin Azərbaycan ərazilərini işğal etdiyini etiraf edəcəklər. Azərbaycanın bir çox əraziləri işğal olunub".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti