...

Bakıda NATO -nun ofisi açılıb (video)

Siyasət Materials 24 İyun 2008 18:45 (UTC +04:00)
Bakıda NATO -nun ofisi açılıb (video)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir M.Əliyev / Bakıda NATO-nun ofisi açılıb.

"Bu ofis azərbaycanlı tələbələrə Azərbaycanın NATO ilə münasibətləri haqqında daha çox məlumat əldə etməyə imkan yaradacaq. Onlar diplomatiya sahəsində öz biliklərini də zənginləşdirə bilərlər".

Bu barədə çərşənbə axşamı NATO Dövlət katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Büro beynəlxalq məktəbin açılışında çıxışı zamanı bəyan edib. Məktəb Azərbaycanda NATO həftəsi çərçivəsində açılıb. Ofis İKT və NATO -nun fəaliyyəti ilə bağlı ədəbiyyatla təchiz olunub.

Azərbaycan NATO ilə 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlıq edir və NATO standartlarına keçid üzrə fəal hərbi islahatlar aparır.

Ərazisində Dağlıq Qarabağ münaqişəsi olan Azərbaycanla NATO arasında əməkdaşlığın binövrəsi 1994-cü il mayın 4-də - "Sülh naminə tərəfdaşlıq" (SNT)- çərçivə sənədinin imzalanması ilə qoyulub. 1996-cı ilin aprelində Proqramın konkret qarşılıqlı istiqamətlərini müəyyənləşdirən rəsmi sənəd imzalanıb. Hazırda Azərbaycan SNT-yə müvafiq olaraq, üzrərinə düşən təxminən 50 tərəfdaş məsələni həll edir.

Ekspertlər güman edirlər ki, Gürcüstan və Ukraynadan sonra, Azərbaycan NATO-ya üzvlüyə namizəd olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti