...

Azərbaycanda əhalinin 6 milyondan çoxu şəxsiyyət vəsiqəsi alıb

Siyasət Materials 30 İyun 2008 12:47 (UTC +04:00)
Azərbaycanda əhalinin 6 milyondan çoxu şəxsiyyət vəsiqəsi alıb

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda indiyədək əhalinin 6 milyon 537 min 763 nəfərinə şəxsiyyət vəsiqəsi verilib. Trend-News-un məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev məlumat verib.

Respublika vətəndaşlarına şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində islahatlar 2001-ci ilin sentyabrından başlayıb.

Nazirlik rəsmisi bildirib ki, şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 6, 9 milyon manat məbləğində dövlət rüsumu ödənilib.

Əliyev deyib ki, bu ilin iyun ayına olan müddətə 16 yaşından yuxarı respublika əhalisinin 97,4 faizi şəxsiyyət vəsiqələri ilə təmin edilib.

Bu sahədə Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Yasamal, respublikanın Abşeron, Ağdam, Cəlilabad, Şirvan, Lənkəran, Masallı, Ordubad, Şahbuz, Mingəçevir, Sumqayıt və Şəki (98,8 - 99,9 faiz) şəhər, rayon polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri xüsusilə fərqləniblər.

Aprelin 1-də keçirilən DİN-in kollegiya iclasında ayrı-ayrı vətəndaşların keçmiş SSRİ nümunəli pasportlarının hələ də milli şəxsiyyət vəsiqələrinə dəyişdirilməməsi ilə bağlı faktlar olduğu qeyd edilib və bu faktların araşdırılması üçün tapşırıqlar verilib.

İdarə rəisi bildirib ki, bu kimi hallar daha çox paytaxtın Xətai, Əzizbəyov, Qaradağ, respublikanın Bərdə, Balakən, Göyçay, Lənkəran, Sabirabad şəhər və rayonları üzrə qeydə alınıb.

"Həyata keçirilən təxirəsalınmaz tədbirlərlə bu ilin may ayının sonunadək olan dövrdə 30 min 881 nəfərdən şəxsiyyəti təsdiq edən köhnə nümunəli müvafiq sənədlər yığılıb və onlar şəxsiyyət vəsiqələri ilə təmin olunublar", - deyə Əliyev vurğulayıb.

İdarə rəisinin sözlərinə görə, bu müddət ərzində ölkə vətəndaşlarına 1 milyon 917 min 577 ümumvətəndaş pasportu verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti