...

Bakı MDB-ni faydasız təşkilat hesab etmir - Azərbaycanın RF-dəkı səfiri

Siyasət Materials 2 İyul 2008 15:56 (UTC +04:00)
Bakı MDB-ni faydasız təşkilat hesab etmir - Azərbaycanın RF-dəkı səfiri

Azərbaycan, Bakı, 02 iyul / Trend / MDB Bakı üçün regional ölkələr arasında mütəmadi görüş və danışıqlar formatıdır. Lakin ölkə qarşılıqlı münasibətlərə üstünlük verir, - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hesab edir.

"Biz MDB-ni faydasız təşkilat hesab etmirik. Lakin qarşılıqlı münasibətlərə üstünlük veririk", - çərşənbə günü RİA "Novosti"agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, müstəqillik əldə edəndən sonra heç kəs, hətta xırda məsələlərdə belə, suverenliyinin əksinə getmək istəmir, səlahiyyətlərini, az da olsa, heç kəsə vermək istəmir. Yəqin bu səbəbdən Rusiya-Belarus İttifaq Dövlətinin quruculuq işi çətinliklə gedir. "Regionda Avropa-Azərbaycan İqtisadi Birliyi, GUAM kimi Birliklərin yaradılması, MDB-nin, hər şeydən əvvəl, danışıqlar formatı olması mənasını verir. Yeri gəlmişkən, prezidentlərin, hökumət başçılarının və xarici işlər nazirlərinin mütəmadi görüşləri, danışıqların aparılması az əhəmiyyəti daşımır", səfir deyib.

Onun sözlərinə görə, MDB-də müsbət işlər də görülür. Məsələn, dəmir yolları, energetika, cinayətkarlığa və narkotik vasitələrin daşınmasına qarşı ümumi mübarizə və.s işlər.

"Mən Azərbaycanın mədəniyyət naziri olanda  MDB-nin mədəniyyət Şurasına başçılıq etmişəm. Hazırda mənim Azərbaycanı rəsmən təmsil etdiyim humanitar əməkdaşlıq üzrə Şura yaradılıb. MDB ziyalılarının ilk yığıncağı əvvəl Moskvada, daha sonra Astanada keçirilib. Növbəti yığıncağın Tacikistanda keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə irəliləyiş var", - səfir əlavə edib.

Azərbaycan səfiri müsahibəsini Rusiya pezidenti Dmitri Medvedyevin Azərbaycana iyulun 3-4-də gözlənilən rəsmi səfəri ərəfəsində verib.

Xəbər lenti

Xəbər lenti