...

Rusiya prezidenti Bakıya səfərə gəlib

Siyasət Materials 3 İyul 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A.Əliyev/ Rusiya prezidenti Dmitri Medvedyev Bakıya ikigünlük rəsmi səfərə gəlib. Yüksək səviyyəli qonağı aeroportda Azərbaycanın Baş naziri Artur Rəsizadə qarşılayıb.

Səfər proqramına ilk saatlarda Azərbaycan prezidenti İlham Əliyevlə "təkbətək" görüş, hökumət üzvlərindən ibarət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlar, birgə sənədlərin imzalanma mərasimi, həmçinin KİV qarşısında bəyanatla çıxış daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti