...

İran idmançıların və mədəniyət xadimlərinin reklamda çəkilişinə qadağa qoydu

Siyasət Materials 8 İyul 2008 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir T.Cəfərov / İranın Mədəniyyət və İrşad nazirliyi idmançılar və mədəniyyət xadimlərinin reklamda çəkilməyini qadağan edib.

Hər hansı bir malın reklamı üçün mədəniyyət xadimlərinin və idmançıların şəkillərinin çap və nəşr edilməsi qadağan olunub. Bu barədə İranın "İrannewspaper" qəzeti məlumat yayıb.

İranın Mədəniyyət və İrşad nazirliyinin reklam departamentinin müdiri Əlirza Kərimi bildirib ki, mədəniyyət xadimləri və idmançılar İran İslam Respublikasının fəxridirlər və gərək nümunə olsunlar.

O, əlavə edib ki, Milli Qəhrəmanların, idmançıların və mədəniyyət xadimlərinin şəkillərindən hər hansı bir reklamda istifadə etmək qadağandır və bu qadağa fars dilində icazəsiz yayımlanan peyk televiziyalarına da aiddir.

Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti