...

Prezident Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı"nı  təsdiq edib

Siyasət Materials 8 İyul 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 08iyul / Trend / Prezident İlham Əliyev çərşnbə axşamı  "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı"nın  təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə tapşırılıb ki,
ölkənin avtomobil yollarının müasir tələblərə uyğun yenidən qurulması ilə əlaqədar olaraq avtomobil yolları və yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və
Tədbirlər Planının icrası barədə müntəzəm olaraq Prezidentə məlumat versin.
Sərəncam imzalandığı gündən qüvvədədir.



Xəbər lenti

Xəbər lenti