...

Daşqın təhlükəsi üzündən Xaçmaz rayonunun bəzi kəndlərinin əhalisi evakuasiya olunub

Siyasət Materials 9 İyul 2008 00:45 (UTC +04:00)
Daşqın təhlükəsi üzündən Xaçmaz rayonunun bəzi kəndlərinin əhalisi evakuasiya olunub

Azərbaycan, Xaçmaz, 8 iyul / Trend A.Qafarov/ Azərbaycanın şimal-şərq bölgəsinə yağan güclü yağış nəticəsində əksər dağ çaylarında suyun səviyyəsi artıb. Trend agentliyinin bölgə müxbirinin verdiyi xəbərə görə, Xaçmaz rayonu ərazisindəki bəzi çaylarda vəziyyət kritik həddə çatıb. Bu səbəbdən Qudyalçay yaxınlığındakı Hacıqurbanlı və Ağçay yaxınlığındakı Cığatay kəndlərinin əhalisi evakuasiya edilib.

Xaçmaz rayonunun icra hakiminin müavini Rafiq Tağıyevin bildirdiyinə görə, hazırda Qudyalçay və Ağçayda suyun səviyyəsi aşağı enib. Alpançayda isə vəziyyət kritik olaraq qalır. Bu üzdən rayondakı bütün texnika səfərbər edilib və ən təhlükəli yerlərdə keşik çəkilir.

Həmçinin o da bəlli olub ki, Hacıqurbanlı kəndi ərazisində yeni tikilən körpünün əsas dayağı sel nəticəsində qəzalı vəziyyətə düşüb.

Azərbaycanın şimal-şərq bölgəsində leysan yağışı davam edir.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: trend

Xəbər lenti

Xəbər lenti