...

Bakıda gənclərin məşğulluğu üzrə sammit keçiriləcək

Siyasət Materials 15 İyul 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Əliyev/ Bakıda gənclərin məşğulluğu üzrə sammit keçiriləcək. Sentybarın 24 -28 -nə təyin edilmiş konfrans Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Yes-İnc və Yes-Azərbaycan (Youth Employment Systems) təşkilatının birgə dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.

Sammitin başlıca məqsədi beynəlxalq səviyyədə hazırlanmış proqramlarla mübadilə və ölkənin yeni daxili ehtiyatlarının cəlb edilməsidir. Bu barədə çərşənbə axşamı Trend -a Yes-Azərbaycandan məlumat veriblər.

Yes-Azərbaycanın sentyabr sammitində dünyanın 55 ölkəsindən 600-dən çox nümayəndə iştirak edəcək. Onların arasında 70 nazir və dövlət strukturlarının nümayəndələri, beynəlxalq təşkilatların, özəl sektorun 130 rəhbər və nümayəndəsi, Azərbaycanda gənclər təşkilatlarının 100 lideri, 50 beynəlxalq nümayəndə və təşkilatla əməkdaşlıq edən ölkələrdən Yes-İnc-in 60 lideri olacaq.

Yes-İnc təşkilatı 1998 -ci ildə yaradılıb və 2002 - ci ildən başlayaraq, Misir, Hindistan, Meksika və Keniya kimi ölkələrdə bir sıra regional forum və sammitlər keçirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti