...

Beynəlxalq ictimaiyyət dondurulmuş münaqişələrin həlli üçün daha çox səy göstərməlidir – Aİ-nin sədri

Siyasət Materials 18 İyul 2008 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir R.Novruzov/ Avropa İttifaqının (Aİ) sədri dondurulmuş münaqişələrin həlli üçün beynəlxalq ictimaiyyəti daha çox səy göstərməyə çağırır.

"Beynəlxalq ictimaiyyət Mərkəzi Asiya və Əfqanıstanda, Cənubi Qafqazda dondurulmuş münaqişələrin həlli üçün daha çox səy göstərməli və ATƏT-in Kosovodakı işini dəstəkləməlidir", - Fransa XİN-in rəhbəri, Aİ-nin sədri Bernard Kuşner bildirib.

Kuşner dondurulmuş regional münaqişələrə dair bildirib ki, Gürcüstandakı vəziyyət gündən-günə gərginləşir. "Biz daha innovativ və dinamik olmalıyıq", - o söyləyib.

Dağlıq Qarabağ münaqişəsi də dondurulmuş münaqişədir. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti