...

İran XİN-in yeni mətbat katibi təyin olunub

Siyasət Materials 21 İyul 2008 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir T.Cəfərov / İranın XİN başçısı Mənuçöhr Müttəki Həsən Qəşqavini İran XİN-in mətbuat katibi vəzifəsinə təyin edib. Ba barədə məlumatı İranın "İRNA" agentliyi yayıb.

İran XİN-in yeni mətbuat katibi Həsən Qəşqavi bundan öncə İranın İsveçrədə və Qazaxıstanda səfiri olub. Qəşqavi həmçinin İran İslam Şurası Məclisinin IV və VI çağırışında Tehranın Şəhriyar qəsəbəsinin nümayəndəsi kimi deputat olub.

İran XİN-in keçmiş mətbuat katibi Məhəmməd Əli Hüseyni hazırda İran XİN başçısının beynəlxalq əlaqələr üzrə müavini vəzifəsinə təyin olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti