...

Azərbaycan prezidenti Qarsda Baş konsulluğun binasının tikintisi ilə tanış olub

Siyasət Materials 24 İyul 2008 14:49 (UTC +04:00)

Türkiyə, Qars, 24 iyul/ Trend , müxbir A.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Azərbaycanın Qarsdakı Baş konsulluğunun binasının tikintisi ilə tanış olub.

Azərbaycanın Baş konsulu Həsən Zeynalov dövlət başçısını ikimərtəbəli binanın tikinti planları ilə tanış edib. Onun sözlərinə görə, işlər 2007-ci ildə başlayıb və başa çatmaq üzrədir.

2004-cü ildən fəaliyyət göstərən və Türkiyənin 17 əyalətini əhatə edən konsulluq hazırda icarəyə götürülən binada yerləşir.

Azərbaycan prezidenti həmçinin Qarsın "Qafqaz" Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Burada Azərbaycanın ümummilli liderinin həyat fəaliyyəti və irsi öyrənilir.

Qarsın "Qafqaz" Universiteti Türkiyədə Azərbaycan dili və ədəbiyyatının tədris edildiyi yeganə təhsil müəssisəsidir.

İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu magistralının Türkiyə hissəsinin təməlqoyma mərasimində iştirakla əlaqədar Qarsdadır.

Xəbər lenti

Xəbər lenti