...

Cənubi Osetiya prezidentinin düşüncələri tezliklə onu siyasi karyerasının sonuna gətirib çıxaracaq – Gürcüstan parlamentinin sədri

Siyasət Materials 30 İyul 2008 15:07 (UTC +04:00)
Cənubi Osetiya prezidentinin düşüncələri tezliklə onu siyasi karyerasının sonuna gətirib çıxaracaq – Gürcüstan parlamentinin sədri

Gürcüstan, Tbilisi, 30 iyul / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədri David Bakradze əmindir ki, Osetiya separatçılarının lideri Eduard Kokoytı onu olduqca sürətlə siyasi sonluğa aparan yoldadır.

Bu gün jurnalistlərlə söhbətində o qeyd edib ki, Tsxinvali regionunda daimi atışmalar "təxribat zəncirrində növbəti addımdır və məqsəd regionda münaqişənin gərginləşdirilməsindən ibarətdir".

Qanunverici orqanın spikeri bəyan edir ki, bir qayda olaraq təxribat Abxaziyada baş verir, lakin göründüyü kimi, Kakoytı kölgədə qalmaqdan inciyib və bənzər üsullarla himayəçilərinə öz mövcudluğunu xatırlatmaq qərarına gəlib. "Kokoytı siyasi fəaliyyətinin sonundadır", - deyə parlament nümayəndəsi əlavə edib.

Tanınmamış respublikanın prezidenti Kakoytı çərşənbə axşamı bildirib ki,

Cənubi Osetiya yenidən Rusiyanın tərkibində olmağa səy göstərdiyini təsdiq edir.

"Əziz osetinlər, bu bizim sizinlə Rusiya qarşısında vəzifəmizdir və nə qədər çətin və ağır olsa belə, bizi Beslan və Tsxinvalidə ağır şəkildə vursalar belə, biz bunu şərəflə yerinə yetirməliyik. Bizi məhz Rusiyanın mövqeyini zəiflətmək üçün vururlar", - deyə o, Vladiqafkazda keçirilən mətbuat konfransında bildirib.

Xəbər lenti

Xəbər lenti