...

Müxalifətçi Müsavat Partiyası prezident seçkisində iştirak etmək niyyətində deyil

Siyasət Materials 2 Avqust 2008 12:34 (UTC +04:00)
Müxalifətçi Müsavat Partiyası prezident seçkisində iştirak etmək niyyətində deyil

Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir İ.Əlizadə/ Müxalifətçi Müsavat Partiyası bu il oktyabrın 15-də keçiriləcək prezident seçkisində iştirak etmək niyyətində deyil.

"Müsavat Partiyası prezident seçkisində iştirak etməməlidir" - deyə partiya başqanı İsa Qəmbər bildirib.

"Partiyanın namizədi kimi mən hesab edirəm ki, biz bu seçkidə iştirak etməməliyik", - deyə Qəmbər şənbə günü partiyanın Məclisinin iclasında çıxış edərkən qeyd edib.

Partiya Məclisinin bugünkü iclasında prezident seçkisində iştirak məsələsinin müzakirələri davam edir. Partiya sədri İsa Qəmbər bildirib ki, o, ölkədə əlverişli seçkiqabağı mühitin olmaması səbəbindən prezident seçkisində iştirakı məqsədəuyğun saymır.

Partiyanın Məclisi hələ ötən ilin sonunda Qəmbərin builki prezident seçkisində namizədliyini irəli sürmüşdü.

Qəmbər 2003-cü ilin prezident seçkisində prezidentliyə namizəd kimi iştirak etmiş və topladığı səslərə görə 8 nəfər namizəd arasında ikinci olmuşdu.

Xəbər lenti

Xəbər lenti