...

Prezident ədliyyə işçiləri ilə bağlı sərəncamlar imzalayıb

Siyasət Materials 6 Avqust 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend / Prezident İlham Əliyevin  çərşənbə günü imzaladığı sərəncama əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Tamerlan Zeynalovun ərizəsinə əsasən hakim səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Prezidentin digər sərəncamı ilə Əmrah Nəcəfov Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi təyin edilib.

Azərbaycan Prezidenti, həmçinin,bəzi birinci instansiya məhkəmələrinin sədrlərinin təyin edilməsi, eləcə də, bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi və bir sıra birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi haqqında  da sərəncam imzalayıb.



Xəbər lenti

Xəbər lenti