...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin yüksək rütbəli əməkdaşları həbs ediliblər

Siyasət Materials 7 Avqust 2008 14:09 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin yüksək rütbəli əməkdaşları həbs ediliblər

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycan İqtisadi Inkişaf Nazirliyi yanında Dövlət Antiinhisar Xidmətinin yüksək rütbəli əməkdaşları barəsində həbs qətimkan tədbiri seçilib.

Səbail rayon məhkəməsindən cümə axşamı Trend -a verilən məlumata görə, avqustun 6-da hakim Fuad Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə Dövlət Antiinhisar Xidmətinin yüksək rütbəli əməkdaşları barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.

Həbs olunanlar arasında həmin xidmətin rəhbəri Samir Dadaşov da var. Dövlət Antiinhisar Xidmətinin əməkdaşlarının rüşvət almaqda ittiham olunduqları bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti