...

İran Prezidenti cümə axşamı Türkiyəyə rəsmi səfər edəcək

Siyasət Materials 13 Avqust 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Baku, 13 avqust / Trend / İran prezidenti Mahmud Əhmədinejad cümə axşamı (14 avqust) Türkiyənin prezidenti Abdullah Gülün rəsmi dəvəti ilə bu ölkənin İstanbul şəhərinə səfər edəcək. Bu barədə İran prezidentinin rəsmi saytı məlumat verib.

Əhmədinejad Türkiyəyə iki günlük səfəri zamanı bu ölkənin Baş naziri, XİN rəhbəri ilə də görüşərək islam dünyası, bir sıra beynəlxalq və regional məsələlər haqda müzakirələr aparacaq.

Əhmədinejadın Türkiyə mətbuat nümayəndələri, yazıçılar, alimlər və iki ölkənin biznesmenləri ilə görüşü də planlaşdırılır. Səfər zamanı iki ölkə arasında əməkdaşlığa dair bir neçə sənəd imzalanacaq.

Bu səfər Əhmədinejadın İran prezidenti kimi Türkiyəyə ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti