Gürcüstan, Tbilisi, 21 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stubb cümə axşamı Gürcüstana səfər edəcək. Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Stubb səfər çərçivəsində ölkə prezidenti Mixail Saakaşvili ilə görüşəcək.
Stubb ilə birgə 20 nəfərdən ibarət müşahidəçi missiyası da Tbilisiyə gələcək. Onlar Şərqi Gürcüstanda gürcü-rus münaqişəsi rayonunda yerləşəcəklər. ATƏT tez bir vaxtda müşahidəçilərin tərkibini 20 min nəfərədək artırmaq niyyətindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend