Azərbaycan, Bakı, 21 avqust/ Trend , müxbir V.Javoronkova/ Abxaziya əhalisini müdafiə etmək üçün Rusiya yaxın vaxtlarda Abxaziya ərazisində daha bir neçə sülhməramlı post yerləşdirməyə hazırlaşır, RF Baş qərargah rəisinin müavini Anatoli Noqovitsın cümə axşamı Moskvada brifinqdə bildirib, "Vesti" telekanalı xəbər verir.
Noqovitsının sözlərinə görə, əsas su kəməri bərpa edilib, respublika xəstəxanası işləməyə başlayıb, həmçinin tikinti materiallarının gətirilməsi və zərər çəkənlərə kompensasiyaların verilməsi üzrə işlər başlayıb, şəhərin küçələrndə çörək və dərmanlar paylanılır.
"Bir tondan çox partlayıcı maddə aşkarlanıb. Bu regiona humanitar yardımın artırılması templəri əvvəllər olduğundan yüksəkdir", - o bildirib.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
RF prezidenti Dmitri Medvedyev avqustun 12-də bildirib ki, "Gürcüstanın sülhə məcbur edilməsi əməliyyatı"nın başa çatdırılması barədə qərar qəbul edib.