Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycan regiondakı gərginlikdən çox narahatdır. Bu barədə cümə axşamı prezident İlham Əliyev Rumıniya prezidenti Trayan Basesku ilə keçirilən geniş tərkibli görüşdə bildirib.
Prezidentin sözlərinə görə, Rumıniya prezidentinin Bakıya hazırkı səfəri regionda təhlükəsizlik və gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından olduqca mühümdür.
Trayan Basesku bildirib ki, Azərbaycan regionda mühüm dövlətdir və regional məsələlərdə olduqca böyük rol oynayır.
Trayan Baseskunun Azərbaycana səfəri Qara dəniz regionu ölkələrinə turne çərçivəsində baş tutub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend