...

Gürcüstana indikindən on dəfə güclü ordu lazımdır – Mixail Saakaşvili

Siyasət Materials 21 Avqust 2008 20:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 avqust/ Trend müxbir N.Kirtsxaliya/ "Gürcüstana mövcud silahlı qüvvələrdən on dəfə güclü yeni ordu lazımdır", - Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ -ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general Con Kreddok və USAİD -in direktoru Henrietta For ilə Tbilisidə keçirilən birgə brifinqdə bəyan edib.

"Biz bir neçə gün ərzində qat- qat üstün düşmən qüvvələrinə müqavimət göstərən və yalnız əmr aldıqdan sonra geri çəkilən ordumuzu qoruya bildik", - o bildirib.

"Görüşdə biz Gürcüstana humanitar yardımın göstərilməsi və hərbi əməkdaşlığın davam etdirilməsi məsələlərini müzakirə etmişik", - Saakaşvili vurğulayıb.

"Bizə müdafiə və təhlükəsizlik strukturlarımızı dəfələrlə gücləndirmək lazımdır. Dünən nüfuzlu senatorlar Gürcüstanda olublar və onlar Tbilisiyə ciddi müdafiə ehiyatları ayırmağa hazır olduqlarını bildiriblər. Biz bundan sonra on dəfə güclü olmalıyıq və buna görə də hərbçilərimizin təchizat və hazırlanmasında daha böyük yardıma ehtiyacımız var", - gürcü dövlətinin başçısı qeyd edib.

Amerika generalı qeyd edib ki, onun səfərinin məqsədi iki məsələdən ibarətdir - ABŞ -ın Gürcüstana göstərdiyi humanitar yardımın təhlili və gürcü ordusunun məhz hansı yardıma ehtiyat hiss etməsi məsələsinin öyrənilməsi. "Müdafiə naziri David Kezeraşvili ilə görüş zamanı bu məsələni ətraflı öyrənmək üçün imkanımız olub", - Saakaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti