...

Qara dəniz akvatoriyasında vəziyyət gərginləşir – RF Baş Qərərgahı

Siyasət Materials 23 Avqust 2008 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust / Trend müxbir V.Javoronkova/ Qara dəniz akvatoriyasında vəziyyət gərginləşir. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə şənbə günü Moskvada keçirilən mətbuat konfransında Rusiya Federasiyası Baş Qərərgahı rəisinin müavini Anatoli Noqovitsın bildirib.

"NATO ölkələri humanitar yüklərin tədarükü bəhanəsi ilə Hərbi-Dəniz Qüvvələri (HDQ) qruplaşmalarının tərkibini artırır", - deyə o bildirib.

Onun sözlərinə görə, avqustun 21- də dəniz hövzəsinə daxil olan İspaniya və Almaniyanın HDQ freqatlarına əlavə olaraq, dünən Bosfor boğazına Polşa və ABŞ -ın da HDQ freqatları daxil olub.

"Mən düşünmürəm ki, bu regionda vəziyyətin stabilləşməsinə kömək edəcək", - deyə o Noqovitsın əlavə edib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü ordusu Tsxinvaliyə daxil olub. Daha sonra rus qoşunları şəhəri ələ keçirərək, gürcü hərbçilərini Gürcüstan ərazisinə tərəf sıxışdırıblar.

Avqustun 12-də RF-nin prezidenti Dmitri Medvedyev bildirib ki, o, Gürcüstanı sülhə məcbur etmək üzrə əməliyyatın başa çatdırılması haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti