...

Gürcüstanda rəyi soruşulanların təxminən yarısı inanır ki, ABŞ ölkənin ərazi bütövlüyünü bərpa edə bilər

Siyasət Materials 25 Avqust 2008 12:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 avqust / Trend , müxbir N.Kirtsxaliya/ "Kviris palitra"("Həftənin palitrası") həftəliyinin sorğuladığı respondentlərin təxminən yarısı inanır ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynaya bilər. 601 sorğulanmış respondentdən 47,6 faizi bu fikirdədir.

Gürcüstanın ərazi bütövlüyünün ABŞ-ın köməyi ilə bərpasının mümkünlüyünə yalnız 17,3 faiz respondent inanmır.

Daha 35,1 respondent bu suala birmənalı cavab verə bilməyib.

Xəbər lenti

Xəbər lenti