...

Azərbaycan rayonlarında prezident seçkiləri ilə bağlı təşkil olunmuş treninqlərin nəticələri açıqlanıb

Siyasət Materials 26 Avqust 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyası (AVCİYA) 15-21 avqust tarixlərində altı rayonda prezident seçkiləri ilə bağlı təşkil etdiyi treninqlərin yekunlarını açıqlayıb. Yekunlara əsasən, treninqlər zamanı əksər Dairə Seçki Komissiyalarında müşahidəçilər üçün nəzərdə tutulmuş lövhəciklərin olmaması, müşahidəçilərdən qanunda nəzərdə tutulmayan sənədlərin tələb olunması kimi çatışmazlıqlar aşkarlanıb.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

İsmayıllı, Göyçay, Qax, Qəbələ, Mingəçevir, Gəncə rayonlarını əhatə edən AVCİYA-nın treninqlərində Seçki Məcəlləsinə edilmiş son dəyişikliklər, Venesiya Komissiyasının təklifləri, müşahidəçilərin hüquq və vəzifələri, davranış qaydaları, beynəlxalq təcrübə və digər məsələlər haqqında məlumatlar verilib.

Avqustun 25-dən sentyabrın 3-nə qədər AVCİYA respublikanın digər regionlarında da treninqlər keçirəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti