...

Azərbaycan prezidenti Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 Avqust 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədri Stefan Qorisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qoris səfərinin məqsədinin Azərbaycanda və ümumən Xəzər regionunda gedən proseslər, enerji təhlükəsizliyi məsələləri istiqamətində görülən işlər barədə məruzə hazırlamaq olduğunu bildirib. O, bu hesabatda Azərbaycanda hökm sürən sabitlik məsələsinin də öz əksini tapacağına ümidvar olduğunu bildirib.

Prezident Əliyev regional məsələlərin hazırda böyük önəm kəsb etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər regionunda, Qafqazda sabitliyin, enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha böyük rol oynayır. Prezident nümayəndə heyətinin səfərinin Azərbaycanda gedən inkişaf prosesləri ilə daha yaxından tanışlıq üçün yaxşı imkan olacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti