...

AŞPA-nın bürosunda Azərbaycanda prezident sekiləri öncəsi vəziyyət müzakirə oluna bilər

Siyasət Materials 27 Avqust 2008 11:08 (UTC +04:00)
AŞPA-nın bürosunda Azərbaycanda  prezident sekiləri öncəsi vəziyyət müzakirə oluna bilər

Azərbaycan, Bakı, 26 avqust / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosunun Parisdə keçiriləcək iclasında Azərbaycanda prezident sekiləri öncəsi vəziyyət müzakirə oluna bilər.

"Büronun gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur, lakin prezident seçkiləri öncəsi olduğuna görə müzakirələrin keçiriləcəyi istisna deyil". Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək niyyətində olan 16 iddiaçının -Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyini qeydə alıb, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyevin və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyevin, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin, o cümlədən namizədlikləri özləri tərəfindən irəli sürülən Arif Əliyevin və Əli Ağaevlinin prezidentliyə namizədliyini isə təsdiqləyib.

İddiaçılar arasından indiyə qədər yalnız hakim partiya namizədin qeydiyyatı üçün tələb olunan ən azı 40 min imzanı toplayaraq, MSK-ya təqdim edib. MSK-nın avqustun 16-da keçirilən iclasında İlham Əliyevin namizədliyi qeydə alınıb.

AŞPA bürosunun iclası sentyabrın 5-də Parisdə keçiriləcək.

Seyidov qeyd edib ki, Avropa Şurasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərini izləyəcək və nümayəndə heyətinin gəlməyi gündəmdədir, ona görə də bu məsələlər Büroda müzakirə oluna bilər.

Onun sözlərinə görə, büronun iclasında müzakirə olunacaq əsas məsələ Gürcüstan və Rusiya arasında baş verən qarşıdurmadır.

İclasda Azərbaycanı Səməd Seyidov təmsil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti