Gürcüstan, Tbilisi, 27 avqust / Trend , müxbir N.Kirtsxaliya/ ABŞ Gürcüstana həm qısa, həm də uzunmüddətli dövrdə konkret iqtisadi yardım göstərməyə hazırdır. Gürcüstan XİN-dən bildiriblər ki, bu barədə xarici işlər naziri Eka Tkeşelaşvili ilə görüş zamanı ABŞ Dövlət katibinin iqtisadi və maliyyə məsələləri üzrə müavini Ruben Cefri bəyan edib.
Xarici Siyasət İdarəsinin rəhbəri Cefrinin rəhbərlik etdiyi növbəti nümayəndə heyətinin üzvləri ilə görüşüb. Nazir onları Rusiyanın təcavüzü nəticəsində ölkədə yaranan vəziyyət barədə ətraflı tanış edib.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.
Məqalə müəllifi ilə əlaqə üvanı - [email protected]