...

Avropa Parlamentinin müdafiə və dövlət təhlükəsizliyi üzrə alt Komitəsinin sədri Tbilisiyə səfər edəcək

Siyasət Materials 2 Sentyabr 2008 16:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa Parlamentinin müdafiə və dövlət təhlükəsizliyi üzrə alt Komitəsinin sədri Karl fon Voqau Tbilisiyə səfər etməyi planlaşdırır. Səfərin sentyabırn 4 -də başlayacağı və iki gün davam edəcəyi bildirilir.

Karl fon Voqau Gürcüstan Parlamentinin müdafiə və dövlət təhlükəsizliyi üzrə Komitəsinin sədri Givi Tarqamadze, müdafiə naziri David Kezeraşvili ilə görüşəcək.

O, Gürcüstandakı Avropa Komissiyasının nümayəndələri və Fransa səfiri Erik Furnye ilə də görüşməyi planlaşıdırır.

Avropa Parlamentinin müdafiə və dövlət təhlükəsizliyi üzrə alt Komitəsinin nümayəndə heyəti Qoriyə də səfər etməyi planlaşdırır, burada qaçqınlar və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti