...

Tbilisi aeroportunda Gürcüstanın ilk prezidentinin oğlu saxlanılıb

Siyasət Materials 4 Sentyabr 2008 11:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Dünən Tbilisi aeroportunda Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın ortancıl oğlu Tsotne Qamsaxurdiya saxlanılıb. Gürcüstan Mühafizəkarlar Partiyasından verilən məlumata görə, Qamsaxurdiya Konstitusiya Təhlükəsizliyi Departamentinin binasına aparılıb və hazırda vəkilləri onun yanına buraxılmırlar.

DİN-də ötən ilin noyabrından axtarışda olan Qamsaxurdiyanın saxlanılması ilə bağlı faktı təsdiq ediblər. O, ötən ilin noyabr ayında müəyyən müxalifət qüvvələrinin vasitəsilə dövlət çevrilişinin təşkilində şübhəli bilinib. O zaman Qamsaxurdiyanın müxalifət liderləri ilə telefon danışıqları səsləndirilmişdi. Danışıqlar zamanı o, müxalifət liderlərini qərarsızlıqda ittiham etmişdi. O, həmçinin Rusiyanın Xüsusi Xidmət Orqanları ilə əlaqədə də şübhəli bilinir.

Xəbər lenti

Xəbər lenti