...

ATƏT-in müşahidə missiyası Azərbaycandakı prezident seçkisinin nəticələrini obyektiv qiymətləndirəcəyini bəyan edib(video)

Siyasət Materials 4 Sentyabr 2008 16:22 (UTC +04:00)
ATƏT-in müşahidə missiyası Azərbaycandakı prezident seçkisinin nəticələrini obyektiv qiymətləndirəcəyini bəyan edib(video)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir İ.Əlizadə/ ATƏT-in müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkisinin nəticələrini obyektiv qiymətləndirəcəyini bəyan edib.

"Bizim əsas vəzifəmiz prezident seçkisində beynəlxalq standartlara nə qədər əməl edildiyini qiymətləndirməkdir" - cümə axşamı keçirdiyi mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun Azərbaycanda prezident seçkisini müşahidə edəcək missiyasının rəhbəri Boris Frles bildirib.

Trend -un arayışı: ATƏT-in12 nəfərdən ibarət uzunmüddətli müşahidə missiyası bazar ertəsi Azərbaycana gəlib. Onların missiyası seçkiqabağı vəziyyəti qiymətləndirməkdir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Müşahidə missiyasının rəhbəri qeyd edib ki, Azərbaycanda olduqları müddətdə seçki prosesində iştirak edəcək bütün tərəflərlə əməkdaşlıq edəcəklər. Onun sözlərinə görə, bu həftənin sonunda ATƏT-in daha 28 uzunmüddətli müşahidəçisi Azərbaycana gələcək.

Bundan sonra uzunmüddətli müşahidə missiyası iki komandaya bölünərək, Azərbaycanın rayonlarında seçkiqabağı vəziyyəti öyrənəcəklər. Həmin müşahidəçilər ATƏT-ə üzv olan 20 ölkəni təmsil edirlər. "Demokratik təsisatlar və insan hüquqları bürosu Azərbaycana 450 qısamüddətli müşahidəçi göndərməsi üçün ATƏT- ə dəvət göndərib" - Frlec deyib

O bildirib ki, onlar prezident seçkisinin Azərbaycanın daxili qanunvericiliyinə nə qədər uyğun keçirildiyini qiymətləndirəcəklər.

"Müşahidə missiyası seçki prosesinə müdaxilə etməyəcək. Eyni zamanda, seçkinin legitim keçirilib- keçirilmədiyi və onun siyasi nəticələri ilə məşğul olmur. Yalnız seçkilərin demokratik keçirilməsi üçün tövsiyələr verir. Biz seçkilərdə Azərbaycanın inzibati qurumları ilə də yaxından əməkdaşlıq edəcəyik", - deyə missiya rəhbəri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti