...

Azərbaycan prezidenti Macarıstan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 Sentyabr 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend /Azərbaycan prezidenti İlham Əliyev cümə günü Macarıstan Milli Assambleyasının sədri Katalin Szilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, parlamentlərarası əməkdaşlıq üçün də böyük potensialın mövcud olduğu vurğulanıb.

Macarıstan nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti