...

RF Avropanın təhlükəsizliyi məsələlərində Aİ-nin iştirakını dəstəkləyir - Rusiya Xarici İşlər Nazirliyi

Siyasət Materials 9 Sentyabr 2008 13:16 (UTC +04:00)
RF Avropanın təhlükəsizliyi məsələlərində Aİ-nin iştirakını dəstəkləyir - Rusiya Xarici İşlər Nazirliyi

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir A.Qasımova/ Rusiya Avropanın təhlükəsizlik məsələlərinin həllində Aİ-nin iştirakını dəstəkləyir, - çərşənbə axşamı Moskvada RF-nin xarici işlər naziri Sergey Lavrov bəyan edib, - "Vesti"telekanalı xəbər verib.

"Məhz Aİ güc tətbiq edilməməsi prinsipi üzrə baş zəmanətçi rolunu öz üzərinə götürüb", - Lavrov deyib.

Dünən Rusiya prezidentini Dmitri Medvedyevin Moskva ətrafındakı Mayendrof iqamətgahında Fransa prezidenti Nikolya Sarkozi ilə görüşü keçirilib. Dünənki görüşün ən vacib yekunu Cənubi Osetiya və Abxaziyanın statusu üzrə beynəlxalq danışıqlar prosesinin başlaması ilə bağlı razılıq olub. Danışıqlar oktyabrın 15-də Cenevrədə başlayacaq.

Lavrovun sözlərinə görə, dünən Fransa prezidenti ilə müzakirə edilmiş sənədin əsasında Rusiyanın müdafiə etdiyi yanaşma qoyulub.

"Sənədə gürcü qoşunlarının kazarmaya qayıtması, Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq edilməməsilə bağlı zəmanətin razılaşdırılması və Aİ-nin iştirakı ilə beynəlxalq iştirak daxildir", - Lavrov bildirib.

"Biz ümid edirik ki, bütün tərəflər öz öhdəliklərini yerinə yetirəcək", - o qeyd edib.

Nazirin sözlərinə görə, ilk olaraq beynəlxalq ictimaiyyət Tsxinvali və Suxumidə təxribatlara yol verməmək üçün tədbirlər görməlidir və yalnız bunadan sonra RF qoşunları çıxaracaq.

"Bizi bu sənəd qane edir, biz konkret olaraq məhz buna nail olmağa çalışırdıq, ikimənalı heç nə qalmayıb", - nazir əlavə edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti