...

Azərbaycan parlamentinin komissiyası xarici vətəndaşların ölkədə işə götürülməsini məhdudlaşdıran dəyişikliyi təsdiqləyib

Siyasət Materials 10 Sentyabr 2008 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin İnsan hüquqları komissiyası Əmək Məcəlləsinə təklif edilən və xarici vətandaşların ölkədə işə götürülməsini məhdudlaşdıran dəyişikliyi təsdiqləyib.

"Bundan sonra xarici vətəndaşlar və Azərbaycanda vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində işləməsi üçün fərdi icazə verilməlidir", parlamentin İnsan hüquqları komissiyasının çərşənbə günü keçirilən iclasında komissiya sədri Rəbiyyət Aslanova bildirib.

Trend -un məlumatına görə, komissiyanın iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə edilib və təsdiqlənib. Əmək Məcəlləsinin əvvəlki müddəalarına əsasən, xarici vətəndaşlar Azərbaycanda ölkə vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə və buna uyğun olaraq vəzifələr tuta bilərdilər.

"İşə götürənlər əcnəbiləri və vətandaşlığı olmayan şəxsləri fərdi icazə verildikdən sonra işə cəlb edə bilərlər", Əmək Məcəlləsinə edilən dəyişiklikdə vurğulanıb.

Aslanova qeyd edib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklik vacib əhəmiyyət daşıyır. Çünki işləmək üçün Azərbaycana gələn xarici vətəndaşların sayı sürətlə artır.

Xarici vətəndaşlarına Azərbaycanda işləmək üçün fərdi icazəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək.

Məcəlləyə edilən başqa bir dəyişiklikə əsasən, xarici ölkədə işləmiş Azərbaycan vətəndaşının əmək fəaliyyəti xarici işəgötürənlərlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının ödənilməsini təsdiq edən sənədi təqdim etdikdə hesablanır.

Komissiya dəyişikliklərin parlamentdə müzakirəyə çıxarılmasını tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti