...

Rus hərbçiləri və abxaz separatçıları bir neçə gürcü kəndinin işğalını davam etdirirlər

Siyasət Materials 13 Sentyabr 2008 14:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rus hərbçiləri Salencix və Çxorotskuysk rayonlarını tərk etmək niyyətində deyil. Bu vaxtadək işğalçılar yalnız Poti, Senaki və Xobski rayonlarını tərk ediblər, lakin Abxaziya ilə inzibati sərhəddə iştirakını gücləndirir.

Hələ də Saçxeri rayonunun Çale, Potsxo, Mujava, Paxulani, Çxouşi, həmçinin Kanti və Perevi kəndləri işğal altındadır. Bu ərazilərdə ruslar ilə yanaşı, həmçinin Abxaziya separatçılarının silahlı qruplaşmaları da var.

Separatçılar bu əraziləri tərk etmək niyyətində olmadıqlarını və İnquri SES bəndini tam nəzarətdə saxlamaq üçün Potsxo kəndində öz qərargahlarını tikmək niyyətində olduqlarını bildiriblər.

Rus və abxazlar yerli sakinlərin bu rayonda hərəkətini məhdudlaşdırmaq üçün xüsusi məntəqələr yaratmaq niyyətindədirlər.

Şərqi Gürcüstanda yerləşən Axalqorsk rayonuna Rusiya hərbçiləri və osetin separatçıları nəzarət edir. Onların rayonun girişindəki Karaleti postu fəaliyyətni davam etdirir.

Avqustun 8-ə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti