...

NATO bloku Gürcüstandakı demokratik proseslərin dönməzliyinin qarantı olmalıdır - deputat

Siyasət Materials 16 Sentyabr 2008 13:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ NATO bloku Gürcüstandakı demokratik proseslərin dönməzliyinin qarantı olmalıdır, - çərşənbə axşamı NATO Şurasının üzvləri və təşkilatın Baş katibi ilə görüşdən sonra jurnalistlərə parlament azlığının lideri Qiorqi Tarqamadze deyib.

Görüşdə Alyansın nümayəndələri müxalifət və Gürcüstan parlamenti arasında dialoq olduğunu bəyan edərək qeyd ediblər ki, siyasi qüvvələrin bütün spektri ölkənin siyasi həyatında təmsil olunmalıdır.

"Biz hakimiyyətlə açıq dialoq tərəfdarıyıq və Gürcüstanın NATO-ya qəbulunu tam dəstəkləyirik", - Tarqamadze bəyan edib.

Parlamentarilər qeyd ediblər ki, Gürcüstan NATO-ya qəbuldan "təhlükəsizliyinin yüksək zəmanətini, onun ərazi bütövlüyünü, vətəndaşların rifahını, iqtisadiyyatın inkişafını və vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasını, demokratiyanın yüksək dərəcəsini" gözləyirlər.

Xəbər lenti

Xəbər lenti