...

Azərbaycan Müdafiə Nazirliyi hərbi hissələrdəki məntəqələrdə müşahidəçilərin iştrakına şərait yaradılacağını bildirib

Siyasət Materials 18 Sentyabr 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan Seçki Məcəlləsinə uyğun olaraq 15 oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində yaradılacaq səsvermə məntəqələrində müşahidəçilərin iştrak etməsinə şərait yaradılacaq. Bu barədə cümə axşamı mətbuat konfransı keçirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Trend -un arayışı: Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Azərbaycandakı prezident seçkisini ATƏT, Avropa Şurası və MDB-dən olan xarici müşahidəçilər izləyəcəklər.

Sabiroğlu bildirib ki, xüsusi rejimdə xidmət edən hərbçilərin harada səs verəcəkləri barədə seçkiyə beş gün qalmış Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti