...

Bakıda ruhi xəstə itkin düşüb

Siyasət Materials 23 Sentyabr 2008 12:56

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayonunda 23 yaşlı ruhi xəstə itkin düşüb.

Xətai rayon Polis İdarəsinin (RPİ) 35-ci polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 20-də saat 10:00 radələrində Nəsirəddin Tusi küçəsi, ev 14, mənzil 51 ünvanda yaşayan Rauf Vəliyev yaşadığı ünvandan çıxdıqdan sonra itkin düşüb.

Polis bölməsindən bildiriblər ki, Vəliyev bundan öncə bir neçə dəfə də itkin düşüb. Onun ruhi xəstə olduğu bildirilir.

Hazırda Vəliyevin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai RPİ-nin 35-ci polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti