...

Türkiyə prezidenti BMT-dən öz ölkəsinə dəstək istəyib

Siyasət Materials 24 Sentyabr 2008 13:43 (UTC +04:00)

Dünən axşam BMT Baş Assambleyasında çıxış edən Türkiyə prezidenti Abdullah Gül ölkəsinin bölgədə və dünyada getdikcə artan siyasi rolunu daha fəal şəkildə davam etdirə bilməsi üçün BMT-dən dəstək istəyib. Bu barədə CNNTÜRK məlumat verib.

Türkiyə prezirdenti son illərdəki fəaliyyəti nəticəsində dünyada böyük önəm qazanan ölkəsinin BMT Təhlükəsizlik Şurasına namizədliyini irəli sürdüyünü qeyd edib və üzv ölkələri bu namizədliyi dəstəkləməyə çağırıb.

Qafqazdakı son hadisələrdən də bəhs edən Gül, Türkiyənin bu bölgədə dialoq və sabitliyi təmin etmək üçün ciddi təşəbbüslər göstərdiyini və Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya ilə aparılan danışıqların problemlərin həlli üçün müsbət nəticələrə səbəb olacağını qeyd edib.

Gül Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı münaqişələrin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayıb.

"Qafqazda sabitlik və əməkdaşlıq platforması bölgədə müştərək problemlərimizin demokratik bir zəmində müzakirə edilməsi üçün böyük imkanlar yaradacaq", - deyə Gül bildirib.

Kipr, İraq, İran, Əfqanıstan və Pakistanla bağlı məsələlərə də toxunan Gül, Türkiyənin bu ölkələrdəki problemlərin həllində də böyük fəallıq göstərdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti