...

Türkiyənin Dövlət naziri Bakıya səfər edəcək

Siyasət Materials 24 Sentyabr 2008 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir M.İbrahimov/ Türkiyənin Dövlət naziri Nemet Çubukçu cümə axşamı Azərbaycana səfərə gələcək. Bu haqda Türkiyənin "Dünyabulteni" agentliyi məlumat verib. Türkiyənin Dövlət naziri Çubukçu sentyabrın 25 və 26-da Azərbaycan Qadınlarının III Konfransında iştirak etmək üçün Bakıya gələcək.

Çubukçu Bakıya səfəri zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüş keçirəcək. Türkiyənin Dövlət naziri Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradovanın təşkil edəcəyi ziyafətdə də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti