...

İran XİN bütün müsəlmanları "Qüds" gününü qeyd etməyə çağırıb

Siyasət Materials 25 Sentyabr 2008 14:19 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyi "Qüds" günü münasibətilə bəyanat yayaraq, müsəlmanları "Qüds" gününün 30-cu ildönümü münasibətilə təbrik edib. Bəyanatda vurğulanır ki, "müsəlmanların həmrəylik simvolu və islam ümmətinin birliyinin dayaq nöqtəsi olan Fələstin və Qüds hələ də sionistlərin işğalındadır". Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyi bildirib ki, İran sionist rejimin Orta Şərqdə qeyri-leqal və saxta mövcudluğundan irəli gələn təhlükələri dərk edərək, Qüdsün və Fələstinin islami kimliyinin hər zaman qorunması və islam ümməti arasında birliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayır və bəyan edir ki, regionun yalnız müsəlman xalqları Fələstin və islam ümmətinə parlaq qələbələr gətirə, Qüdsü "qəsbkar rejimdən" xilas edə bilər.

Bəyanatın sonunda bütün müsəlmanlar və digər xalqların nümayəndələri ümumdünya "Qüds" gününü qeyd etməyə, eləcə də Fələstin xalqı ilə tam həmrəy olduqlarını nümayiş etdirmək üçün dünyanın müxtəlif yerlərində aksiya və tədbirlərdə fəal iştirak etməyə çağırılıb.

Xəbər lenti

Xəbər lenti