...

Türkiyə hava nəqliyyatında Ermənistana tətbiq etdiyi məhdudiyyətləri ləğv edir

Siyasət Materials 26 Sentyabr 2008 16:43 (UTC +04:00)

Türkiyə bundan sonra hava nəqliyyatı ilə bağlı, Ermənistana da digər ölkələrlə eyni qaydaları tətbiq edəcək. Bu barədə CNNTURK məlumat verib.

Gürcüstan -Rusiya münaqişəsində Qərb ölkələri ilə hava əlaqəsi kəsilən Ermənistana öz hava sahəsini tamamilə açan Türkiyə münaqişədən sonra da bu ölkəyə olan uçuşlara məhdudiyyətlər qoymayacaq.

Ermənistan artıq Türkiyə hava sahəsindən olan uçuşlar üçün Ankaradan xüsusi icazə almayacaq. Ermənistan Türkiyə hava sahəsindən əvvəllər istifadə edə bilsə də, bir çox məhdudiyyətlər mövcud idi.

Xəbər lenti

Xəbər lenti