...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 27 Sentyabr 2008 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 26 - da saat 23.00 - dan 23.15 - dək, 23.45 - dən 23.50 - dək və sentyabrın 27 - də saat 05.15 - dən 05.30 - dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 12.00 - dan 12.25 - dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.15 - dən 15.45 - dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.40 - dan 18.50 - dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti