...

Azərbaycan prezidenti yəhudi icmasını milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 27 Sentyabr 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü ölkənin yəhudi icmasını yəhudi xalqının qədim milli mərasimlərindən olan Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə təbrik edib.

Dövlət başçısı təbrik məktubunda yəhudilərin Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmadığını, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, milli-mənəvi adət-ənənələrini günümüzə qədər qoruyub saxladıqlarını bildirib.

Prezident təbrikində qeyd edib ki, yəhudi icması bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti