...

Prezidentliyə namizəd Gəncədə öz seçiciləri ilə görüş keçirib

Siyasət Materials 28 Sentyabr 2008 16:27 (UTC +04:00)
Prezidentliyə namizəd Gəncədə öz seçiciləri ilə görüş keçirib

Azərbaycan, Gəncə, 28 sentyabr / Trend müxbir V.Məmmədov/ Biz Dağlıq Qarabağ probleminin nə sülh, nə də müharibə yolu ilə həllinin tərəfdarı deyilik. Belə bir bəyanatla bu gün Gəncədə öz seçiciləri ilə görüşən Böyük Quruluş partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu çıxış edib. Qəzənfəroğlunun sözlərinə görə, onun üçün mülkiyyətin qorunması, vətəndaşların sosial haqlarının müdafiəsi, işsizlik probleminin həlli, əhaliyə SSRİ dövründən qalan əmanətlərin qaytarılması kimi məsələlər daha çox önəm daşıyır.

Prezidentliyə namizəd həmçinin bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı məsələyə toxunub. Qəzənfəroğlu bildirib ki, seçkiqabağı platformasında yeni iş yerlərinin açılması, bölgələrdə zavod və fabriklərin inşası, habelə vətəndaşların mülkiyyət hüquqlarının qorunması kimi məsəsələr xüsusi yer tutur. "Əgər bir vətəndaşın əlindən mülkiyyəti alınıbsa, lap bu mülkiyyətə sahibliyini təsdiq edən sənədi olmasa belə, ona müvafiq təzminat ödənilməlidir", - deyə o vurğulayıb.

Səhiyyə və təhsil sahəsindəki problemlərə toxunan Qəzənfəroğlu peşakar kadrların hazırlanmasının vacibliyini önə çəkib. Onun fikrincə, bunun üçün xaricdə təhsil alan tələbələrin sayını artırmaq lazxımdır.

Prezidentliyə namizəd həmçinin bilavasitə prezident seçkilərinə toxunub. Qəzənfəroğlunun sözlərinə görə, onun üçün əsas odur ki, seçkiöncəsi prosesdə namizəd seçicilərinə öz fikirlərini və baxışlarını çatdırmaq imkanı əldə edir.

Xəbər lenti

Xəbər lenti