...

Vaşinqtonda keçiriləcək konfrans Amerikadakı Azərbaycan diasporu üçün şansdır - Dövlət Katibi müavininin köməkçisi

Siyasət Materials 1 Oktyabr 2008 16:45 (UTC +04:00)
Vaşinqtonda keçiriləcək konfrans Amerikadakı Azərbaycan diasporu üçün şansdır - Dövlət Katibi müavininin köməkçisi

Azərbaycan, Bakı, 01 oktyabr/ Trend , müxbir A.Qasımova/ Oktyabrın 1 - 2 - də Vaşinqtonda keçiriləcək Azərbaycan və ABŞ arasında strateji əməkdaşlığın inkişafında diasporun rolu mövzusuda konfrans ABŞ - dakı Azərbaycan diasporunun Amerika demokratiyasında daha fəal rol oynaması üçün bir şansdır, - ABŞ Dövlət Katibi müavininin çərşənbə günü Bakıya gələn köməkçisi Metyu Brayza çərşənbə günü Trend - a bildirib.

Brayzanın sözlərinə görə, Amerikadakı diasporların geniş dairəsi ABŞ - da siyasi həyatı zəngiləşdirəcək.

ABŞ Dövlət Katibinin birinci müavini Con Neqroponte (John D. Negroponte) çərşənbə günü işgüzar səfərlə Azərbaycana gəlib, - ABŞ - ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson Trend - a bildirib. Səfər oktyabrın 3 - dək davam edəcək.

Neqroponte Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, təhlükəsizlik, strategiya sahəsində geniş məsələlər spektrini, həmçinin Rusiya-Gürcüstan münaqişəsini müzakirə edəcək. ABŞ Dövlət Katibinin birinci müavini Azərbaycan hökumətinin  və respulikanın biznes - dairələrinin  nümayəndələri  ilə görüşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti