...

İlham Əliyev "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"yə əlavə edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 3 Oktyabr 2008 23:57 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev їMilli Televiziya və Radio Şurası haqqında Əsasnaməїyə əlavə edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Milli Televiziya və Radio Şurası üzvlərinin fəaliyyətini təmin etmək məqsədi ilə:

Azərbaycan Respublikası prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 591; 2005-ci il, № 3, maddə 173, № 4, maddə 295) ilə təsdiq edilmiş їMilli Televiziya və Radio Şurası haqqında Əsasnaməїyə aşağıdakı məzmunda 23-cü bənd əlavə edilsin:

ї23. Şuranın sədrinin aylıq vəzifə maaşı dövlət komitəsi sədrinin aylıq vəzifə maaşına, sədr müavininin aylıq vəzifə maaşı dövlət komitəsi sədrinin birinci müavininin aylıq vəzifə maaşına, digər üzvlərinin aylıq vəzifə maaşı dövlət komitəsi sədrinin müavininin aylıq vəzifə maaşına bərabər tutulur.ї.

їAzərbaycan Respublikası Milli Televiziya və Radio Şurası işçilərinin əməkhaqlarının artırılması haqqındaї Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 3 noyabr tarixli 1765 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 955) 1-ci bəndi çıxarılsın.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti