...

Bakı Bulka - Maya kombinatının axtarışda olan direktoru həbs edilib

Siyasət Materials 8 Oktyabr 2008 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakı Bulka - Maya kombinatının axtarışda olan direktoru tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə günü Trend - a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, uzun illər axtarışda olan Bakı Bulka - Maya kombinatının direktoru, 1965 - ci il təvəllüdlü Dadaşov Dadaş Baladadaş oğlu çərşənbə axşamı tutulub.

Məlumata görə, Dadaşov 2001- ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmə prosesindən yayınaraq, Rusiya Federasiyasına qaçıb. Bakıya gələrkən polis əməkdaşları onu yaxalayıb. Dadaşov 35 min 909 manat mənimsəməkdə təqsirləndirilir.

Dadaşovun barəsində Azərbaycan Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179-cu) maddəsi ilə ittiham irəli sürülərək məhkəmə prosesinə başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti